+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

06 dekabr tarixində “Gəlin danışaq” ödənişsiz “Söhbət Klubu”muzun 6-ci görüşü baş tutdu.

By Humel - 7 Dec 2025 31 0 comments
06 dekabr tarixində “Gəlin danışaq” ödənişsiz “Söhbət Klubu”muzun 6-ci görüşü baş tutdu.

 

06 dekabr tarixində “Gəlin danışaq” ödənişsiz “Söhbət Klubu”muzun 6-ci görüşü baş tutdu.

40-dan çox iştirakçının qatıldığı bu görüşdə gündəlik həyatda bir çox insanın çətinlik çəkdiyi, lakin sağlam psixoloji rifah üçün son dərəcə vacib olan bir mövzunu müzakirə etdik: “Qorxu ilə Mübarizə və Özünəinam”.

Bu görüşdə iştirakçılar qorxunun mahiyyətini, onun davranışlara və qərarlara necə təsir etdiyini daha aydın şəkildə dərk etdilər. Qorxu anında beyni sakitləşdirən sadə üsulları, özünəinamı zəiflədən düşüncələri tanımağı və onları dəyişdirmə yollarını öyrəndilər. Müzakirələr hər kəsə həm qorxu ilə işləmək, həm də özünəinamı gücləndirmək üçün praktik və real fərqindəlik qazandırdı.

 

⏳ Psixoloq Taryel Faziloğlunun yönləndirməsi ilə iştirakçılar:

✅ Qorxunun psixoloji mexanizmini və hansı şəraitdə aktivləşdiyini anladılar.

✅ Daxili inanc və düşüncələrin özünəinamı necə təsirlədiyini fərq etdilər.

✅ Qorxu zamanı tətbiq oluna biləcək nəfəs və diqqət yönləndirmə texnikaları öyrəndilər.

✅ Özünəinamı artırmağa kömək edən praktik addımlarla tanış oldular.

✅ Situasiyaları daha obyektiv qiymətləndirmə bacarığı qazandılar.

✅ Təcrübə paylaşımı iştirakçılara emosional rahatlıq gətirdi və özlərini daha çox başa düşülən və dəstəklənən hiss etmələrinə kömək etdi.

 

“Gəlin danışaq” Söhbət Klubumuz kimlər üçün faydalıdır?

✅ Özünü daha dərindən anlamaq istəyənlər üçün — çünki insan bəzən özündə gördüyü kiçik bir həqiqətlə böyük dəyişiklik yaradır.

✅ Sosial mühitdə özünü ifadə etməkdə çətinlik çəkənlər üçün — çünki burada səni dinləyən, anlayan və dəstək olan bir mühit var.

✅ Daha sağlam və balanslı münasibətlər qurmaq istəyənlər üçün — çünki münasibətlər sərhədlərdən, anlaşılmaqdan və qarşılıqlı hörmətdən başlayır.

✅ Düşünmək, paylaşmaq və yeni baxış bucağı qazanmaq istəyən hər kəs üçün — çünki bir fikrin paylaşılması bəzən bütün dünya görüşünü dəyişdirə bilir.

 

Bu görüşlər sadəcə söhbət üçün yaradılmış bir məkan deyil.

Bu, insanların özünü dinlədiyi, duyğularını daha yaxşı başa düşdüyü və daxili dəyişiklik üçün ilk addımını atdığı xüsusi bir inkişaf platformasıdır.

 

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!